"Martda legioner rüsumunun azaldılmasına dair tövsiyə xarakterli qərarımız AFFA İcraiyyə Komitəsində qəbul olunmamışdı. Bu gün isə demək olar ki, müzakirələr bu məsələ ətrafında oldu".
Bu sözləri AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bugünkü iclasdan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, az əvvəl yekunlaşan toplantıya Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də dəvət edilib. Klublar adından R.Musayevdən xahiş edilik ki, bu məsələni İcraiyyə Komitəsində bir daha qaldırsın: "Demirik ki, rüsum tam yığışdırılsın. Amma azaldılmalıdır. Ramin Musayev bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək. Legioner rüsumunun 5000 manata endirilməsini təklif etmişik".
Azərbaycan futbolunun çətin vəziyyətə düşdüyünü deyən F.Hüseynovun sözlərinə görə, artıq hər şey göz qabağındadır: "Bütün klubların vəziyyəti pisdir deməzdim, amma zəifləyiblər. 3-5 il əvvəl hər şey yaxşı idi. Legioner rüsumu ilə bağlı heç bir problem olmurdu. Ancaq indi hər şey göz qabağındadır".
Bugünkü iclas Premyer Liqanı tərk edən "Rəvan" və "Xəzər Lənkəran" üçün sonuncu olub. KK sədrinin fikrincə, onları toplantıya dəvət etməmək ən azı etik baxımdan düzgün olmazdı: "Bu klubların təkliflərinə qulaq asdıq, müzakirə etdik və onlarla sağollaşdıq".
Elitada cəmi 8 komandanın qalmasının yaxşı hal olmadığını deyən F.Hüseynov növbəti mövsümə bu qədər klubla başlayacaqları halda, qitədə 4-cü ölkə olacaqlarını xatırladıb. "CBC Sport" telekanalının yayım haqqı olaraq, "Rəvan"ın pulunu ödədiyini deyən KK sədri qalan klubların AFFA-ya olan borcla hesablaşdığını söyləyib (Sportnet.az).
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar