Rusiyalı tennisçi Mariya Şarapovanın cəzası açıqlanıb.
Qol.az-ın Beynəlxalq Tennis Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəsi qadağan olunmuş dərman vasitələrindən yararlandığı üçün M.Şarapova 2 il müddətinə yarışlardan kənarlaşdırılıb.
Dopinq testdən nəticəsi müsbət çıxan 29 yaşlı tennisçinin cəza müddəti 2016-cı il yanvarın 26-dan hesablanır. Onun 2018-ci il yanvarın 26-da analizlərdən sonra yenidən tenisə qayıda biləcəyi vurğulanıb.
M.Şarapova cəzaya etiraz üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, M.Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkar edilib. Tennisçi mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"