“Barselona” son mövsümü “Vilyarreal”da keçirən yarımmüdafiəçisi Denis Suaresi qaytarır.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı məlumatda qeyd olunub ki, əgər fövqəladə nəsə baş verməsə, D.Suares yeni mövsümdən Kataloniya klubunda çıxış edəcək.
Qeyd edək ki, tərəflər arasındakı razılığa əsasən, “Barselona”nın Suaresi yenidən geri almaq hüququ var. Bu transfer üçün “Vilyarreal”a 3 milyon avro ödənəcəyi bildirilir.
Xatırladaq ki, 22 yaşlı D.Suares son mövsüm İspaniya çempionatında 33 oyun keçirib, 4 qol vurub və 7 qolun ötürməsini verib.
"Zirə"dən yeni transfer
Ronaldodan daha bir ilk
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu
Daha 2 il "Sumqayıt"da
DÇ-2026 Rayan Şerkini yuxusuz qoydu
"Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
FİFA-ya qarşı 1 milyard dollarlıq iddia