Simeone PSJ-nin təklifini rədd etdi

Simeone PSJ-nin təklifini rədd etdi
XƏBƏR 4 İyun 2016 / 15:11 5056
-  A +

Loran Blanla yollarını ayırmağı planlaşdıran PSJ yeni baş məşqçi axtarışlarına başlayıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Atletiko"nun çalışdırıcısı Dieqo Simeoneni baş məşqçi vəzifəsinə gətirmək istəyir.

Argentinalı mütəxəssisin Çempionlar Liqasının finalında "Real"a məğlubiyyətdən sonra "Atletiko"dan ayrıla biləcəyini söyləməsi PSJ-ni hərəkətə keçirib. Lakin Simeone Fransa klubunun təklifini rədd edib. Onun yeni mövsümdə də "Atletiko"da qalacağı istisna olunmur.

Qeyd edək ki, 2011-ci ildən "Atletiko"nu çalışdıran Simeone bir dəfə La Liqanın qalibi olub, iki dəfə isə Çempionlar Liqasının finalına yüksəlib.


Dünya Çempionatı 2026
Son xəbərlər
02.07.26  20:49

Daha 2 il "Sumqayıt"da

topaz banner