PSJ Kavani ilə müqavilə yeniləyir

PSJ Kavani ilə müqavilə yeniləyir
XƏBƏR 2 İyun 2016 / 17:26 1949
-  A +

PSJ hücumçusu Edinson Kavanini komandada saxlamaq niyyətindədir.

Qol.az-ın "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, Paris təmsilçisi artıq uruqvaylı futbolçuya yeni müqavilə təklif edib.

Sözləşmənin müddəti iki illikdir. 29 yaşlı futbolçu yeni təklifi qəbul edəcəyi təqdirdə 2020-ci ilə qədər PSJ-də oynayacaq.

Qeyd edək ki, "Yuventus"un maraq dairəsində olan Kavaninin PSJ ilə mövcud müqaviləsi 2018-ci ilə başa çatacaq.


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner