Portuqaliya millisinin "Avro-2016"nın final mərhələsi üçün yekun heyəti açıqlanıb.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Fernando Santuş qarşıdakı turnirə aparacağı 23 futbolçunu müəyyənləşdirib.
Qeyd edək ki, F qrupunda qərarlaşan Portuqaliya millisi Avstriya, İslandiya və Macarıstanla mübarizə aparacaq.
Qapıçılar: Rui Patrisio ("Sportinq"), Antoni Lopeş ("Lion", Fransa), Eduardu ("Dinamo", Xorvatiya)
Müdafiəçilər: Sedrik ("Sauthempton", İngiltərə), Pepe ("Real", Madrid, İspaniya), Bruno Alveş ("Fənərbaxça", Türkiyə), Joze Fonte ("Sauthempton", İngiltərə), Elizeu ("Benfika"), Rafael Herreyru ("Loryan", Fransa), Rikardu Karvalyo ("Monako", Fransa)
Yarımmüdafiəçilər: Vieyrinya ("Volfsburq", Almaniya), Villiam Karvalyu ("Sportinq"), Danilu Pereyra ("Portu"), Joau Mariu ("Sportinq"), Andre Qomeş ("Valensiya", İspaniya), Andrien Silva ("Sportinq"), Renatu Sanşeş ("Benfika"), Joau Moutinyo ("Monako", Fransa)
Hücumçular: Kriştiano Ronaldo ("Real", Madrid), Rikardo Quarejma ("Beşiktaş", Türkiyə), Eder ("Lill", Fransa), Luiş Nani ("Fənərbaxça", Türkiyə), Rafael Silva ("Braqa")
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər