"Avro-2016"ya ev sahibliyi edəcək Fransa millisinin heyətində dəyişiklik edilib.
Qol.az-ın Fransa Futbol Federasiyasının rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Lassana Diarra yığmadan kənarlaşdırılıb.
Buna Diarranın zədələnməsi səbəb olub. Sol dizindən zədə alan 31 yaşlı futbolçunu Fransa millisində "Mançester Yunayted"in futbolçusu Morqan Şnayderlin əvəzləyib.
Qeyd edək ki, A qrupunda qərarlaşan Fransa millisi Rumıniya, Albaniya və İsveçrə ilə mübarizə aparacaq.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər