Fransa klubunda yeni baş məşqçi

Fransa klubunda yeni baş məşqçi
XƏBƏR 31 May 2016 / 13:47 2705
-  A +

Fransa Liqa təmsilçisi "Qenqam"ın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən Antuan Kombuare çalışdıracaq.

52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. O, sabah "Qenqam"ın baş məşqçisi kimi rəsmən ictimaiyyətə təqdim olunacaq. Kombuare yeni vəzifədə Joslen Qurvenneki əvəzləyəcək.

Qeyd edək ki, "Qenqam" ötən mövsüm Fransa Liqasını 16-cı pillədə başa vurub.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner