"Olimpiakos"un futbolçusu qaçırıldı

"Olimpiakos"un futbolçusu qaçırıldı
XƏBƏR 30 May 2016 / 00:13 4812
-  A +

"Olimpiakos"un futbolçusu Alan Pulido qaçırılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə futbolçunun vətəni Meksikada baş verib.

Sevgilisi ilə gecə klubuna gedən 25 yaşlı futbolçunun Viktoriya küçəsində bir qrup şəxs tərəfindən qaçırıldığı bildirilib. Onun mafiya tərəfindən qaçırıldığı iddia olunur.

Pulidonun böyük qardaşı Armando Pulido futbolçudan heç bir xəbər ala bilmədiklərini və artıq  yerli hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmalara başladığını bildirib.


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner