Özil yenə "Arsenal"ın təklifini rədd etdi

Özil yenə "Arsenal"ın təklifini rədd etdi
XƏBƏR 26 May 2016 / 14:13 11110
-  A +

"Arsenal" yarımmüdafiəçisi Məsut Özilə yeni müqavilə təklif edib.

Qol.az-ın "The Times"ə istinadən verdiyi məlumata görə, türk əsilli alman futbolçu ikinci dəfə London təmsilçisinin təklifini rədd edib. 

Daha öncə mövsümün əvvəlində "topçular"ın müqavilə yeniləmək təklifini qəbul etməyən Özil gələcək mövsümlə bağlı yekun qərarını Fransada keçiriləcək Avropa çempionatından sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, Özil 2013-cü ildə 46 milyon avro müqabilində Madrid "Real"ından "Arsenal"a transfer olunub.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner