Benites Premyer Liqanı tərk edən klubda

Benites Premyer Liqanı tərk edən klubda
XƏBƏR 25 May 2016 / 17:55 7753
-  A +

2015/2016 mövsümünün yekununa əsasən İngiltərə Premyer Liqasını tərk edən "Nyukasl"ın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən Rafael Benites çalışdıracaq.

İspaniyalı mütəxəssislə rəhbərlik arasında razılıq əldə olunub və yaxın günlərdə Beniteslə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, karyerası ərzində "Valensiya", "Liverpul", "İnter", "Çelsi" və "Napoli" kimi klubları çalışdıran Benitesin son komandası Madrid "Real"ı olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner