Anelka məktəb açır

Anelka məktəb açır
XƏBƏR 25 May 2016 / 12:17 3401
-  A +

Fransa millisinin sabiq üzvü Nikolya Anelka Belçikada hücumçu yetişdirəcək məktəb açacaq.

Qol.az-ın Belçika mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Anelkanın özü məlumat verib.

Bu ilin avqustunda açılacaq və "Anelka Striker Academy" adlanacaq məktəbə 14-18 yaşlı futbolçular cəlb olunacaq.

"Əminəm ki, Belçikada istedadlı gənc hücumçular var. Bunu görmək üçün onların əsas yığmasına baxmaq kifayət edər. Bizim akademiyamızda futbolçular xüsusi məşq keçəcəklər. Onların inkişaf etməsinə və öz statiskalarını yaxşılaşdırmalarına çalışacağıq. Bunun üçün çox işləmək lazımdır" - deyə Anelka bildirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner