Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı

Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı
XƏBƏR 24 May 2016 / 18:54 2287
-  A +

Fransanın "Nitsa" klubu baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.

Qol.az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, 54 yaşlı mütəxəssisin Fransa Liqa təmsilçisi ilə müqaviləsi başa çatıb.

Klub rəhbərliyi Pyuelə yeni müqavilə təklif etməyib və nəticədə 2012-ci ildən "Nitsa"nı çalışdıran fransalı mütəxəssis vəzifəsindən gedib.
 
Qeyd edək ki, "Nitsa" ötən mövsüm Fransa Liqasını 63 xalla 4-cü pillədə başa vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner