Mayın 24-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Formula-1” Avropa Qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.
Qol.az-ın məlumatına görə, sazişi Azərbaycanın gənclər və idman naziri və BŞH-nın sədri Azad Rəhimov və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzalayıblar.
Sazişin imzalanması mərasimində qeyd olunub ki, AZƏRTAC “Formula-1” Avropa Qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayır. İyunun 17-19-da keçiriləcək bu yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur, fotoları bütün dünyada yayılır. AZƏRTAC-ın saytında bu gündən etibarən “Formula-1” bölməsi yaradılacaq, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdiriləcək.
Rəsmi media tərəfdaşlığına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib: “Biz çox şadıq ki, bir əsrə yaxın tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ölkəmizdə ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi haqqında geniş miqyasda məlumatlılığın artırılması sahəsində əməkdaşlıq edirik. Əldə olunan razılığa əsasən, AZƏRTAC ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri bütün dünyada yayacaq. Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxtımızı və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Bu şərəfli işdə bizə dəstəyini göstərəcək AZƏRTAC-ın rəhbərliyinə və onun bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, həm Avropa Qran-prisinin işıqlandırılmasnda, həm də Azərbaycanın bütün dünyada daha geniş səviyyədə tanıdılmasında bu əməkdaşlığın əvəzsiz rolu olacaq”.
Tərəfdaşlıq sazişinin əhəmiyyətindən danışan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib: “Dünya informasiya məkanında özünəməxsus yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün daha bir əlamətdar hadisə baş verir. Kollektivimiz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını geniş təbliğ etməsi üçün “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə rəsmi media tərəfdaşlığına dair sazişin imzalanmasından məmnunluq duyur”.
AZƏRTAC-ın mötəbər idman yarışlarının yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəsinin və kifayət qədər peşəkar əməkdaşlarının olduğunu bildirən baş direktor vurğulayıb: “Ötən il agentliyimiz dünya idman tarixində ilk dəfə keçirilən və rəsmi media tərəfdaşı olduğu birinci Avropa Oyunlarının istər ölkə daxilində, istərsə də dünyada yüksək səviyyədə işıqlandırılmasını təmin edib. AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan çox ölkənin xəbər agentlikləri vasitəsilə Bakıda keçiriləcək “Formula-1” yarışının da fəal təbliğini aparır. Avropa Qran-prisinin informasiya təminatı üçün bütün potensialını səfərbər edən AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman yarışının təkcə Azərbaycanda deyil, bütün dünyada təbliğinə töhfəsini verməyə çalışacaq”.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.
Sazişə əsasən, AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tədbirlərinin işıqlandırılmasında üstünlüyə malik olacaq və eyni zamanda, yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının “Formula-1” üzrə dünya çempionatında iştirak edən komandalar və sürücülər ilə bağlı həftəlik materiallar yayımlayacaq.
Sazişin imzalanması mərasimində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında iştirak etmək üçün Bakıya gələn Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev və Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu