"Valensiya" yeni baş məşqçinin adını açıqladı

"Valensiya" yeni baş məşqçinin adını açıqladı
XƏBƏR 24 May 2016 / 15:09 5713
-  A +

"Valensiya" yeni baş məşqçisinin adını açıqlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən də Pako Ayestaran çalışdıracaq.

O, bu ilin martında istefaya göndərilən Qari Nevili əvəzləyib. Mövsümün sonuna az qalmış müvəqqəti olaraq baş məşqçi vəzifəsinə gətirilən Ayestaranın işi rəhbərliyi razı salıb. "Valensiya" onun rəhbərliyi altında keçirdiyi 10 oyunun 4-də qalib gəlib, 2-də heç-heçə oynayıb, 4 matçda isə meydanı məğlub tərk edib. Belədə klub rəhbərliyi ispaniyalı mütəxəssisi vəzifəsində saxlamaq qərarı verib.

Qeyd edək ki, "Valensiya" ötən mövsümü 44 xalla 12-ci pillədə başa vurub.


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner