Paris kommersiya məhkəməsinin mayın 23-də verdiyi qərara əsasən, Fransanın əvvəllər azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus olan «Lans» futbol klubu yeni sahibini tapıb.
Qol.az-ın virtualaz.org saytına istinadən yaydığı xəbərə görə, gözlənildiyi kimi, komandanın yeni sahibləri arxasında Madridin «Atletiko» klubunun nümayəndələri İqnasio Aquillo (Madrid klubunun İdarə Heyətinin üzvü) və Migel Anhel Hilin («Atletiko»nun baş direktoru) durduğu Lüksemburqun «Solferino» şirkəti, həmçinin təsisçiləri erməni əsilli livanlı Jozeüf-Mari Oqurlyan və fransalı Jil Fretinye olan Britaniyanın «AmberCapital» investisiya şirkəti olublar.
Virtualaz.org-un müxbiri ilə söhbətində məhkəmənin bu qərarına etiraz edəcəyini bildirən Hafiz Məmmədov artıq Fransaya vəkillərini göndərdiyini bildirib. «Mən hələ «RCL Holdinq»in müflis elan edilməsi ilə bağlı sənədləri almamışam. Məhkəmənin 4 may tarixli qərarı da mənə göndərilməyib», - H.Məmmədov deyib.
Xatırladaq ki, Hafiz Məmmədovun «RCL Holdinq» şirkəti mayın 4-də hesabında 5735 avro ilə Fransada müflis elan edilib.
«Hafiz Məmmədov mənim əziz dostumdur, - bunu məhkəmədən sonra mətbuat konfransında İqnasio Aquillo deyib. - O, «Lans»ın uğurları üçün çox şey edib, xeyli pul yatırıb. Lakin indi onun çətinlikləri var, klub isə gözləyə bilməz. Dostluğumuza görə mən Hafiz Məmmədovu qane edəcək həll yolu axtardım. Biz əlimizdən gələni etdik ki, Məmmədovun «Lans»ın həyatındakı rolunu qoruyub saxlayaq. Ümid edirəm ki, o tezliklə öz problemlərini həll edəcək».
haqqın.az saytı xəbər verib ki, H.Məmmədovla İqnasio Aquillo bir vaxtlar yaxın dostluq münasibıtində olub. Sonradan onların arasında münasibətlər soyumağa başlayıb.
Bundan sonra isə İ.Aquillo "Lans"ın səhmlərini almaq üçün hərəkətə keçib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu