“Ukrayna ilə düşsək, oynayacağıq”

“Ukrayna ilə düşsək, oynayacağıq”
XƏBƏR 24 May 2016 / 13:06 3703
-  A +

Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bəyan edib ki, əgər milli komandaları “Avro-2016”nın pley-off mərhələsində Ukrayna ilə qarşılaşsalar, o zaman onlarla qarşılaşmaqdan imtina etməyəcəklər.

Qol.az-ın “R-Sport”a istinadən yaydığı xəbərə görə, o bildirib ki, Aropa çempionatına siyasi məsələləri qatmaq lazım deyil.

“Əgər Ukrayna ilə düşsək, oynayacağıq. Rəqiblər dəyişdirilməyəcək” – deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya və Ukrayna komandaları iyunun 11-də Fransada başlayacaq “Avro-2016”da ayrı-ayrı qruplarda iştirak edəcəklər.


Son xəbərlər
topaz banner