10 il öncə “Qarabağ”da çalışmaq variantı yarananda dedilər ki, müdirlə, yəni Əmrah bəylə görüşəcəksən. O vaxta kimi qəzetdə işlədiyimə görə onu qiyabi olaraq tanıyırdım. İlk əyani görüşümüz cəmi 2 dəqiqə çəkdi. “Xeyirli olsun”la işə başladıq...
O zamandan 10 il keçib. Və indi geriyə boylandığım zaman acılı-şirinli, sevincli-kədərli koskoca müddət gözümün önündən bir lent kimi fırlanır.
... 10 il öncə “Qarabağ” heç də bugünkü kimi ölkənin 1 nömrəli klubu deyildi. “Qarabağ”ın indiki kimi dünya standardlarına cavab verən bazası, böyük işçi heyəti də yox idi. Hardasa 10 nəfərlik heyət 2 otaqlı balaca ofisdə Azərbaycan üçün adı çox həssas olan klubunun uğurları üçün çalışırdı. O zamandan bu yana, zərrə-zərrə, pillə-pillə böyüyən uğurlarda, “Qarabağ”ın Azərbaycanın ən böyük klubuna çevrilməsində 10 nəfərlik heyətin icraedicisi olan Əmrah Çelikelin müstəsna əməyi var.
Təbii ki, nə zamansa bu möhtəşəm klubun əsrarəngiz anlarını qələmə alacam. Amma klub tarixinin ən həlledici məqamı 2009-cu ildə “Qarabağ”ın kuboku başı üzərinə qaldırması zamanı oldu. Bu, “Qarabağ” üçün yeni bir eranın başlanğıcı idi. Onun o ildəki məsuliyyəti, komandayla bağlı ən çətin məqamda fədakarlığı nəticəsində bugünün möhtəşəm “Qarabağ”ının təməli atıldı. Klubun rəhbərliyinin idarəçiliyə onu seçməsi, daim ona güvənməsi, arxasında olması bugün “Qarabağ”da illərlə çalışan, “Qarabağ” üçün saat mexanizmi kimi dəqiq çalışan personalın formalaşmasına səbəb olub.

“Qarabağ”da kimdən soruşsan, onu böyüklə böyük, kiçiklə kiçik, mərhəmətliylə mərhəmətli, xudbinlərə qarşı sərt, valideyn sevgisinin örnək olunan, 24 saat zəng edə biləcəyin, dərdini bölüşə biləcəyin və istənilən halda mənəvi dəstəyini hiss edəcəyin birini təsvir edəcəklər sənə..
10 illik müddətdə həyatın hər rəngiylə qarşılaşmışıq. Hər bir ailədə olduğu kimi küskünlük də olub, iplər ən son həddə qırılma nöqtəsinə də gəlib. Amma hər zaman ən son məqamda böyüklüyünü nümayiş etdirib...
O, həyatımda 2 dəfə önəmli rol oynayıb. 2008-ci ildə həyatımın ən həssas dönəmində otağında üzbəüz mənimlə oturub danışıb, diqqətlə dinləyib və mənim üçün mümkünsüz görünən bir şeyi doğru yol göstərmək və məsləhətləri ilə həll edib.
Üstündən 6 il keçdikdən sonra isə bu dəfə başqa bir çətin məqamda Abiliyini, böyüklüyünü göstərib.

Yenə fikirlərim qarışdı)) Zarafat deyil, 10 illik müdiri anlatmaq. O, valideyn sevgisini necə yaşadılmasının əsl örnəyidir. Valideynlərinə verdiyi diqqəti, üstlərində əsməyini gördükdə ən qocaman işçilərimizin belə necə riqqətə gəldiyini dəfələrlə görmüşəm. Böyüklərə qarşı daimi diqqəti, mövqeyindən asılı olmayaraq, hər bir işçisinin ona yaxın olması Əmrah bəyin fərqini göstərir.
O, heç bir zaman üzdə olmağı sevmir, təvazökarlığını qoruyur, insanlarla münasibətin necə qurulmasında əsl nümunə göstərir. Bu gün “Qarabağ” ailəsi təkcə direktorunu deyil, əslən Anadoludan olan istiqanlı qardaşının yubileyini – 40 yaşını qeyd edir. Və onunla birgə hələ necə-neçə yubileylər keçirəcəyini arzulayır.
Bəli, bu gün təkcə “Qarabağ” uğurlarının pərdəarxası qəhrəmanının 40 yaşı tamamlanmır, biz həm də onunla böyüyür, ailə olaraq daha da bütünləşirik.
2011-ci ildə doğum günündə ofisdə giriş panelinə ona “Qarabağ” ailəsi adından çempionluq arzularını dilə gətirəndə böyük uğurların sədasının heç də uzaqda olmadığını bildirmişdik.
5 il keçdi. Bu gün onun direktoru olduğu klub Azərbaycanın qüruruna çevrildi. Bu qürur onu daha da sadələşdirdi.
“Qarabağ” indi daha böyük uğurlara gedir.
10 il sonra, Əmrah bəyin 50 illik yubileyində yazacağım yazıda Avropada daha böyük uğurlar əldə edən “Qarabağ”dan bəhs edəcəm.
Nurlan İBRAHİMOV,
“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri
P.S. Foto arxivimə baxdım, onunla çalışdığım 10 il müddətində ikilikdə bir şəkil belə çəkdirməmişik) Olsun. İnanıram ki, bundan sonra “Qarabağ”ımızla təkcə çəkdirəcəyimiz şəkillərlə deyil, həm də qazanacağımız böyük uğurlarla hələ çox əbədiləşdirəcəyimiz anımız olacaq..
Yaxşı ki, səni tanıdıq, Abimiz.
Yubileyiniz mübarək!
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu