Gənclər və idman naziri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) sədri Azad Rəhimov mayın 23-də Formula 1 Avropa Qran Prisində könüllü fəaliyyət göstərəcək fiziki məhdudiyyətli şəxslərlə görüşüb.
Qol.az-ın məlumatına görə, əməliyyat şirkətinin mərkəzi ofisində keçirilən görüşdə nazir Azad Rəhimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən olan bir qrup fiziki məhdudiyyətli şəxslə səmimi söhbət aparıb, onların əldə etdiyi böyük uğurları ilə yanaşı qarşılaşdığı çətinliklərlə də ətraflı şəkildə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov fiziki məhdudiyyətli şəxslərin könüllü fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, əlilliyi olan şəxslər üçün təqdim olunan imkanlar daha da artırılacaq:
“Bu il Bakıda Formula 1 Avropa Qran Prisi və Şahmat Olimpiyadası keçiriləcək. Gələn il də İslam Həmrəyliyi Oyunları baş tutacaq. Birinci Avropa Oyunlarında olduğu kimi bu idman yarışlarında da könüllülərin rolu çox böyükdür. Sizin zəhmətiniz bizim üçün çox vacibdir və sizi bu sıralarda görməkdən çox şadıq. Ölkədə keçirilən bütün iri miqyaslı idman yarışlarında yaxından iştirak etməlisiniz və bu tədbirlərin heç birində kənarda qalmamalısınız.
Biz digər tərəfdən ölkədə sizə daha geniş imkanların yaradılması istiqamətində xüsusi səy göstəririk. Bildiyiniz kimi, hal-hazırda ölkədə 41 olimpiya idman kompleksi fəaliyyətdədir və bu yerlərin hamısında fiziki məhdudiyyətli şəxslər üçün lazımi şərait yaradılıb. Biz çalışırıq ki, sizə göstərilən imkanlar daha da genişləndirilsin və əlilliyi olan istənilən şəxs Azərbaycanda heç bir məhdudiyyət hiss etməsin".
Görüşdə iştirak edən fiziki məhdudiyyətli şəxslərdən ibarət heyətə İlham Məhərrəmov rəhbərlik edib. Əlillərin sosial həyatı, məşğuliyyəti, problemləri və profillərini işıqlandırmaq məqsədilə onlayn fəaliyyət göstərən Arabaçı TV-nin təsisçisi olan İlham Məhərrəmov öz çıxışında fiziki məhdudiyyətli şəxslərə göstərilən böyük dəstəyə görə nazir Azad Rəhimova təşəkkür etdi və bildirib ki, son vaxtlar cəmiyyət arasında əlillərə yanaşmada böyük dəyişikliklər müşahidə olunur: “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasında birinci Avropa Oyunlarının təsiri çox böyükdür. Biz burada müxtəlif sahələrdə yüksək səviyyədə xidmət göstərdik və bununla da bu idman yarışı cəmiyyətin əlilliyi olan insanlara baxışında köklü dəyişikliyin başlanğıcı oldu. Belə ki, iştirakçılar arasında özünə inam hiss yarandı və evlərinə qapanmış əlillər üçün də bu fəaliyyət böyük stimul oldu.
Digər tərəfdən Azərbaycanda fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı ilbəil artmaqdadır. Bu il Formula 1 Avropa Qran Prisində bizim üçün daha geniş imkanlar yaradılıb. Buna görə sizə öz dərin minnətdarlığımızı bildiririk və var gücümüzlə çalışacağıq ki, qarşıdan gələn bütün iri miqyaslı tədbirlərdə sıralarımız daha da genişlənsin".
Qeyd edək ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən olan fiziki məhdudiyyətli şəxslərdən Avropa Qran Prisinin Könüllülük Proqramına 30 müraciət ərizəsi daxil olub. Reabilitasiya mərkəzində keçirilmiş müsahibə mərhələsindən sonra müraciətçilərdən 15-i Avropa Qran Prisində könüllü fəaliyyət göstərmək üçün seçilib, 2-i isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə işə götürülüb. Yarış zamanı fiziki məhdudiyyətli könüllülər əsasən qapalı məkanlarda, xüsusən də yarış və biletlə əlaqədar məlumat mərkəzlərində fəaliyyət göstərəcəklər.
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu