PSJ-nin futbolçusu üç həftəlik sıradan çıxdı

PSJ-nin futbolçusu üç həftəlik sıradan çıxdı
XƏBƏR 23 May 2016 / 18:52 2062
-  A +

PSJ-nin yarımmüdafiəçisi Tiaqo Motta zədələnərək sıradan çıxıb.

Qol.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı futbolçu Fransa kubokunun finalında "Marsel"lə görüşdə (4:2) zədələnib. 
 
Əzələsini dartan 33 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, Motta ötən mövsüm Fransa Liqasında keçirdiyi 32 oyunda 1 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner