Pərdis Fərcad-Azad "İnter"də

Pərdis Fərcad-Azad "İnter"də
XƏBƏR 23 May 2016 / 15:05 5347
-  A +

Bakının "İnter" klubu daha bir futbolçunu heyətinə cəlb edir.

Qol.az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt"dan ayrılan azad agent statuslu hücumçu Pərdis Fərcad-Azadla razılıq əldə olunub.

Onunla bir illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki,  28 yaşlı hücumçu 2012-ci ildən "Sumqayıt"da çıxış edirdi.

Samir Zərgərov və Tərlan Quliyevi də heyətinə cəlb edən "İnter" sabiq qapıçısı Səlahət Ağayevlə də danışıqlara başlayıb.

Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner