Suares zədələndi

Suares zədələndi
XƏBƏR 23 May 2016 / 10:30 4523
-  A +

"Barselona"nın futbolçusu Luis Suares zədələnib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu İspaniya kubokunda "Sevilya" ilə final oyununda zədə alıb. Bu səbəbdən o, 57-ci dəqiqədə əvəzlənib.

L.Suaresin Amerika kubokunda iştirak edib-etməyəcəyi tibbi müayinədən keçidikdən sonra müəyyənləşəcək.

L.Suares özünün "İnstagram" hesabında sözügedən turnirdə oynayacağına inandığını deyib:

"Ümid edirəm ki, ciddi problemim yoxdur və mən Amerika kubokunda oynaya biləcəm".

Qeyd edək ki, "Barselona" - "Sevilya" matçı Kataloniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner