Hakan Çalhanoğludan tarixi qol

Hakan Çalhanoğludan tarixi qol
XƏBƏR 23 May 2016 / 00:29 8176
-  A +

"Bayer"in (Leverkuzen) futbolçusu  Hakan Çalhanoğlu Türkiyə millisinin tarixinə düşüb.

Qol.az-ın məlumatına görə, 21 yaşlı futbolçu İngiltərə ilə yoxlama oyununda qol vurmaqla bir ilkə imza atıb. Bu, Türkiyə millisinin Tarixində İngiltərəyə vurduğu ilk qol olub.

Qeyd edək ki, türklər buna qədər ingilislərlə 10 dəfə  qarşılaşıb. Səkkiz oyunda İngiltərə qalib gəlib, iki oyunda heç-heçə qeydə alınıb

 

Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner