Konte pitsa və şirniyyata qadağa qoydu

Konte pitsa və şirniyyata qadağa qoydu
AVRO-2016 22 May 2016 / 19:30 4682
-  A +

İtaliya millisinin baş məşqçisi Antonio Konte “Avro-2016”da futbolçularının qidası ilə bağlı bəzi sərt qərarlar tətbiq edib.

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, o, oyunçuların pitsa, qrissini (İtaliya milli mətbəxinə aid çörək çubuqları), yerkökü, dondurma, cipsi, makaron və şirniyyat yeməsinə qadağa qoyub.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis “Yuventus”da işlədiyi müddətdə də futbolçularının dietasına xüsusi diqqət yetirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner