Topaz Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları arasında yarışın son turu rekordla əlamətdar olub.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 13 qolun vurulduğu “Rəvan” – “Xəzər Lənkəran” matçı əvəzedicilərin çempionatları tarixinin ən məhsuldar görüşüdür.
Meydan sahiblərinin 9:4 hesabı ilə qalib gəldiyi oyunadək rekord əvəzedicilərin qərb derbisinə məxsus idi. “Kəpəz”in 1997/98 mövsümündə “Turan”ı 12:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 12 qol qeydə alınıb.
Ümumiyyətlə isə “Rəvan” – “Xəzər Lənkəran” oyunu təxminən son 12 il yarım ərzində Azərbaycan futbolunun ən qollu oyunudur. Premyer Liqa, I divizion, əvəzedicilərin yarışı və Azərbaycan kuboku turnirlərinin hamısında baş tutan görüşlərə nəzər salsaq, ən azı 13 qolun qeydə alındığı son matç 2003-cü il oktyabrın 19-na təsadüf edib. Həmin vaxt kubokun 1/8 final mərhələsinin ilk matçında “Lider Qarabağ”la üz-üzə gələn “Şəfa” 14:0 hesabı ilə qalib gəlib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video