Nazim Süleymanov millinin heyətini açıqladı

Nazim Süleymanov millinin heyətini açıqladı
XƏBƏR 20 May 2016 / 17:47 3695
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 23-dən 30-a qədər Bakıda, mayın 30-dan iyunun 4-dək isə Makedoniyanın Strumiça şəhərində təlim-məşq toplanışında olacaq.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Nazim Süleymanov 23 futbolçuya dəvət göndərib.

Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Baxışəli Baxışəliyev, Elvin Dəmirov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Nicat Süleymanov, Yusif Cəfərov (hər ikisi “Bakı”), Ömər Buludov, Əli Şirinov, Sərxan Əhmədli, Bahadur Həziyev (hamısı “Neftçi”), Tural Bayramlı (“Zirə”), Emin Quliyev, İsmayıl İbrahimli (hər ikisi MOİK), Fuad Bayramov (AZAL), Camal Camalov (“İnter”), Əli Əliyev (“Xəzər Lənkəran”), Xaliq İbrahimov (“Sumqayıt”), Murad Xaçayev (“Şaxtyor”, Ukrayna), Gürkan Hervenik (“Fənərbaxça”, Türkiyə)

Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner