"Düşünürəm ki, finalda bərabər səviyyəli oyun görəcəyik. Portuqaliya güclü rəqibdir".
Qol.az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, bunu İspaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Santi Denia Bakıdakı Avropa çempionatında Portuqaliya ilə keçirəcəkləri final görüşündən öncə mətbuat konfransında deyib.
Denia həlledici görüşün hansı stadionda keçirilməsinin önəmli olmadığını vurğulayıb: "Əsas odur ki, final oynayırıq. Stadionun seçimi UEFA tərəfindən aparılır. Bu, bizə aid olan məsələ deyil. Bu görüşdə nəticəni xırda detallar həll edəcək. Yaxşı iş görən komanda çempion olacaq".
42 yaşlı mütəxəssis bildirib ki, görüşün taleyinin penaltilərdə həll olunmasını istəmirlər: "Penaltini nə qədər məşq etsən də, oyunda başqa cür olur, təzyiq hiss edirsən. Bizdə milliyə seçimlər həmişə eyni olur. Əksər vaxtlarda U-16 və U-17 ilə birgə seçimlər olur. Sonda əlimizdə 30 futbolçu olur və 18 nəfər seçirik.
Əvvəlki qarşılaşmalarda sərgilədiyimiz oyunu finalda da göstərməyə çalışacağıq. Rəqibin səhvlərindən yaralanmağa cəhd edəcəyik. İspaniya ən pis statistika ilə finala gəlib. Mən də bu barədə komanda ilə söhbət etmişdim və onlara bu barədə məlumat vermişəm. Görürəm ki, onlar bundan nəticə çıxarıb və dəyərləndiriblər. Bu günə qədər həm oyun, həm də məşqlərdən zöv almışdıq".
Qeyd edək ki, İspaniya - Portuqaliya matçı sabah, 8-ci km qəsəbə stadionunda keçiriləcək.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb