"Finala gəlmək üçün hər iki komanda böyük yol keçib və həlledici görüş də maraqlı olacaq".
Qol.az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, bunu 17 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Helio Souza Bakıdakı Avropa çempionatının İspaniya ilə final görüşündən öncə keçirilən mətbuat konfransında deyib.
H.Souza bildirib ki, həlledici görüş də Bakı Olimpiya Stadionunda keçirilsəydi, daha yaxşı olardı. Ancaq o, 8-ci km qəsəbə stadionunda oynamaqda da heç bir problem görmədiyini bildirib: "İnanıram ki, azarkeşlər bu oyundan zövq alacaqlar".
Baş məşqçi hazırda Avropa futbolunda İspaniyanın hegemonluq etdiyini söyləsə də, Portuqaliyanın da güclü olduğunu vurğulayıb: "Hazırda İspaniya futbolu Avropada hegemonluq edir. Ancaq qeyd etmək istərdim ki, 8 dəfə İspaniya, 5 dəfə Portuqaliya Avropa çempionu olub. Biz də rəqibdən geri qalmırıq, oyunçularımız yetişir. İspaniya futbolunun hegemonluğu bizi qorxutmur və komandama güvənirəm. Hər il son "18-liy"i müəyyənləşdirməkdə çətinlik çəkirik. İlk olaraq, çoxlu futbolçu olur, amma sonluqda çətinliklər yaranır".
47 yaşlı mütəxəssis bütün oyunlarda öz oyun fəlsəfələrinə sadiq qaldıqlarını və finalda da belə olacağını söyləyib: "Rəqibin bizə qarşı necə oynamasından çox şey asılıdır. İspaniya yığması hücum futbolu üçün imkan yaratsa, belə də olacaq. Yaratmasa, onda başqa cür oynamaq lazımdır".
Qeyd edək ki, İspaniya - Portuqaliya matçı mayın 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb