2016/17 mövsümündə Çempionlar Liqasında İspaniya 5 klubla təmsil olunacaq.
Qol.az-ın xəbərinə görə, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.
İspaniya üçün ÇL-də 4 yer ayrılır. Lakin “Sevilya” Avroliqanın finalında “Liverpul”a qalib gəlib turnirin qalibi olduğundan, yeni qaydalara əsasən, növbəti mövsüm ÇL-də oynamaq hüququ əldə edib. “Sevilya” “Barselona”, “Real” və “Atletiko” kimi yarışa birbaşa qrupdan, İspaniyanın beşinci təmsilçisi “Vilyareal” isə pley-off-dan başlayacaq.
“Sevilya”nın birbaşa qrupda oynaması isə səbəbsiz deyil. Məsələ burasındadır ki, ÇL-in budəfəki qalibi İspaniyanın iki təmsilçisindən (“Real” və ya “Atletiko”) biri olacaq. ÇL-in qalibi olacaq ispan klubu növbəti mövsüm üçün vəsiqəni indidən təmin etdiyindən bu ölkəyə qrup üçün ayrılan üç yerdən biri “Sevilya”ya qismət olub.
Ümumilikdə, 2016/17 mövsümündə ÇL-in qrupunda oynayacaq 32 komandadan 21-nin adı dəqiqləşib.
İspaniya: "Barselona", "Real", "Atletiko"
İngiltərə: "Lester", "Arsenal", "Tottenhem"
Almaniya: "Bavariya", "Borussiya" Dortmund, "Bayer"
İtaliya: "Yuventus", "Napoli"
Portuqaliya: "Benfika", "Sportinq"
Fransa: "Pari Sen-Jermen", "Lion"
Rusiya: ÇSKA və ya "Rostov"
Ukrayna: "Dinamo" Kiyev
Hollandiya: PSV
Belçika: "Brügge"
İsveçrə: "Bazel"
Türkiyə: "Beşiktaş"
Avroliqanın qalibi: "Sevilya" (İspaniya)
Pley-off-da oynayacaq 5 aparıcı liqanın təmsilçisi: "Vilyareal" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Borussiya" Münhenqladbax (Almaniya), "Roma" (İtaliya), "Portu" (Portuqaliya).
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb