“Çempionatda maraqlı vəziyyət yaranıb” – Şahin Dniyev

“Çempionatda maraqlı vəziyyət yaranıb” – Şahin Dniyev
XƏBƏR 19 May 2016 / 18:24 4740
-  A +

Sabah Topaz Premyer Liqada cari mövsümə yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, çempionatda sonuncu - XXXVI turun mərkəzi görüşündə "Kəpəz" Gəncədə “Qəbələ”ni qəbul edəcək.

Mövsümün son oyunu ilə bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına açıqlama verib:

“Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdır. Hər üç klub da mübarizəni sona kimi davam etdirir. Bu səbəbdən həm “Kəpəz” – “Qəbələ”, həm də “İnter” – “Zirə” oyunları vacibdir. Biz meydançaya üç xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq”.

Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner