"Qəbələ"nin futbolçusu milliyə dəvət aldı

"Qəbələ"nin futbolçusu milliyə dəvət aldı
XƏBƏR 19 May 2016 / 17:52 5085
-  A +

Estoniya millisinin qarşıdan gələn yoldaşlıq oyunları üçün  heyəti açıqlanıb.

Qol.az-ın Estoniya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Maqnus Perssonun 30 nəfərlik siyahısında “Qəbələ”nin hücumçusu Sergey Zenyovun da adı var.

Estonlar  mayın 29-da Litva, iyunun 1-də Andorra, 4-də Latviya, 8-də isə Portuqaliya ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Estoniya millisində 50 oyun keçirən S. Zenyov 9 qol vurub.

Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner