Şahin Diniyev: "İşimizi düzgün qurmuşuq"

Şahin Diniyev: "İşimizi düzgün qurmuşuq"
XƏBƏR 18 May 2016 / 16:19 1922
-  A +

“Komandanın məşqçisi kimi futbolçularımızın ölkənin əsas komandasına dəvət almasına şadam. Gördüyümüz işin və komandanın göstərdiyi oyunun müqabilində oyunçularımızın milliyə çağırılması xoşdur. Onların hər üçünə uğurlar arzulayıram və inanıram ki, “Kəpəz”i yığmada layiqli şəkildə təmsil edəcəklər".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

Komandasının üç futbolçusu - Tərlan Quliyev, Namiq Ələsgərov və Budaq Nəsirovun əsas yığmamıza çağırılmasına münasibət bildirən Ş.Diniyev sözlərinə belə davam edib: "Milliyə mütəmadi olaraq klubumuzdan oyunçuların dəvəti komandamızın səviyyəsindən xəbər verir. Belə görünür ki, biz işimizi düzgün istiqamətdə qurmuşuq və inkişaf edirik. Bu səbəbdən də futbolçularımız milli məşqçilərinin diqqət mərkəzinə düşür”.

Tərlanla Namiqdən fərqli Nəsirov əsas yığmaya ilk dəfə dəvət olunub. Gənc futbolçu əvvəllər müxtəlif yaş qrupları üzrə millilərə çağırılsa da, əsas yığmaya dəvət almayıb: “Budaq komandadakı oyunu ilə özünü sübut edib. Onun millinin start heyətinə düşməsə belə yığmaya namizəd olması sevindiricidir. Nəsirov yığmada ilk addımlarını atır, zəhmətsevər, meydanda sona kimi mübarizə aparan futbolçudur. Belə davam edərsə, yığmanın heyətində möhkəmlənə bilər”.

Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner