"Mançester Yunayted" İbrahimoviçə təklif göndərib?

"Mançester Yunayted" İbrahimoviçə təklif göndərib?
XƏBƏR 17 May 2016 / 11:43 3882
-  A +

Mino Rayola meneceri olduğu PSJ-nin futbolçusu Zlatan İbrahimoviçə "Mançester Yunayted"dən təklif gəldiyi iddialarına münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib.

M.Rayola "MY"dan bir illik müqavilə təklifi aldıqları ilə bağlı açıqlama vermədiyini deyib. Menecer İngiltərə klubu ilə danışıqlar aparmadığını vurğulayıb.

Qeyd edək ki. M.Rayolanın "MY"dan 1 illik təklif aldıqları barədə açıqlama verdiyi iddia edilirdi.

Xatırladaq ki, Z.İbrahimoviç bu mövsümün sonu PSJ-dən ayrılacağını söyləyib.


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner