Bu gün U-10 Liqasına yekun vurulub.
AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışın final matçında “Qəbələ” və “Neftçi” klubları qarşılaşıb.
“Bayıl Arena”da keçirilən matçda paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Cari mövsümdə keçirdiyi 19 matçda uduzmayan “qırmızı-qaralar” ilk məğlubiyyətini alaraq, gümüş medala yiyələniblər.
Bu, akademiya komandalarının AFFA-nın keçirdiyi liqalarda cari mövsümdə qazandığı 5-ci mükafatdır. U-19, U-16, U-15-lərin yarışlarında çempion olan "Qəbələ" U-17-lərin mübarizəsində gümüş medal əldə ediblər.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə “Qəbələ”nin oyunçusu Samir Musayev “Fair Play” mükafatına layiq görülüb. Komandalara və müxtəlif nominasiyalarda ən yaxşı seçilənlərə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, “Qəbələ” İK-nın vitse-prezidenti Fariz Nəcəfov, AFFA İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, AFFA-nın texniki direktoru Bernhard Lippert və "Qəbələ" İK-nın futbol direktoru Toni Adams təqdim ediblər.
Xatırladaq ki, zona yarışlarında 12 oyunun hamısında qələbə qazanan, bu oyunlarda 110 top vurub, 7-ni buraxan “qırmızı-qaralar” pley-offu da uğurla adladıqdan sonra final mərhələsində də məğlubiyyətsiz irəliləyib. 1/8 finalda “Daşqın”ı (3:0, 9:2), 1/4 finalda Sumqayıt İOEUGİM-ini (1:1, 2:2) mübarizədən kənarlaşdıran “Qəbələ” yarımfinalda “Qarabağ”dan üstün olub - 2:1, 2:2.
"Qəbələ"nin rəsmi saytı
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu