AFFA tərəfindən Bakının "İnter" klubuna avrokuboklarda iştirak üçün lisenziyanın verilməsi komandanın gələn mövsümdən UEFA-nın bayrağı altında keçiriləcək yarışlarda iştirak edəcəyi anlamına gəlmir.
Qol.az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, bunu klub prezidenti Rəşad Qasımov deyib.
Onun sözlərinə görə, yerli assosiasiya lisenziya versə də, avrokuboklarda iştirak üçün UEFA-nın cəzası ləğv olunmalıdır: "Bildiyimiz kimi CAS-a müraciət etmişdik və UEFA-nın cavabını gözləyirik. Mayın 20-dək futbol qurumu tərəfindən cavab veriləcək və bundan sonra avrokuboklarda iştirak edib-etməyəcəyimizə aydınlıq gələcək. AFFA-nın kluba verdiyi lisenziya cari mövsümə aiddir. Bunun köhnə borclara heç bir aidiyyatı yoxdur".
Qeyd edək ki, UEFA martın 30-da CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, "İnter" klubunu növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum edib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu