Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəməsi davam edib.
Qol.az-ın lent.az-a istrinadən yaydığı məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun vəkili Adəm Məmmədov müdafiə çıxışı edib. O çıxışında Cavid Hüseynova bəraət hökmünün çıxarılmasını istəyib: "Məhkəmə istintaqı dövründə də məlum oldu ki, Cavidin heç bir günahı yoxdur. Bu adam hadisəni KİV-dən eşidib. Rasimlə də danışıb. Söhbətin həll olunduğunu deyib. Elşənə də dəfələrlə məsələnin bağlandığını, Rasimlə görüşməməyi deyib. Cavid Hüseynov barəsində bəraət hökmü çıxarılmalıdır".
Növbəti proses mayın 25-də keçiriləcək. Prosesdə C.Hüseynov son sözlə çıxış edəcək.
Xatırladaq ki, ötən proses prokuror Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu