Eddinin komandası uduzdu

Eddinin komandası uduzdu
XƏBƏR 16 May 2016 / 11:40 2102
-  A +

İspaniya Sequndasında 38-ci tura yekun vurulub.

Qol.az-ın  məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kordoba" səfərdə "Llagostera" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

E.İsrafilov əsas heyətdə meydana daxil olub və 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Kordoba" 38 turdan sonra 55 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


Son xəbərlər
topaz banner