“Rəvan”ın kapitanı Ramazan Abbasov paytaxt təmsilçisinin heyətində 100-cü oyununu keçirib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının XXXIV turunun “Sumqayıt”la matçına təsadüf edib.
“Rəvan”ın tarixində ən çox oyun keçirən futbolçu olan Abbasov komandasının 1:3 hesabı ilə uduzduğu görüşdə yubiley qeyd edib. O, 100 qarşılaşmada 10 qola imza atıb. Yarımmüdafiəçi 2011/12 mövsümündə 31 (3 qol), 2012/13 mövsümündə 14 (1 qol), 2013/14 mövsümündə 25 (3 qol), cari çempionatda 30 (3 qol) qarşılaşmada “sarı-qırmızılar”ın formasını geyinib.
“Rəvan”da ən çox oyun keçirən futbolçular siyahısında Abbasovu Novruz Məmmədovla Samuel Barlay izləyir – hərəyə 61 oyun. Xuan Manuel Varea 59, Şerif Suma 54 dəfə paytaxt təmsilçisinin formasını geyinib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama