Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippertin də iştirak etdiyi görüşdə 1998, 1999, 2000 və 2001-ci il təvəllüdlü futbolçuların perspektivi, inkişaf prosesinin düzgün istiqamətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirindəki çıxışı müzakirə olunub. Görüş iştirakçıları yığmanın qarşısına qoyulan məqsədin əldə olunmamasına baxmayaraq, qrup mərhələsinin son iki oyununda qazanılmış nəticənin qənaətbəxş olduğunu bildiriblər.
Qeyd edək ki, yığmamız Avropa çempionatında qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vurub.
Yuxarı
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama