“Bizi finala bərabər iki oyun gözləyir” – Dodo

“Bizi finala bərabər iki oyun gözləyir” – Dodo
XƏBƏR 13 May 2016 / 11:49 4402
-  A +

"Çempionatı mükafatçılar sırasında başa vurmaq istəyirik. Buna görə də bizi finala bərabər iki oyun gözləyir. Əminəm ki, bu vəzifənin öhdəsindən gələcəyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Dodo deyib.

Braziliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında başa çatmaqda olan mövsümü dəyərləndiirib.

“Bu mövsüm mənim üçün xüsusilə əhəmiyyətli oldu. Avropada yaxşı oyunlar göstərdik. Avroliqanın qrup mərhələsinə yüksəldik. Hansı ki hər kəs bunu arzulayırdı. Növbəti mövsümdə də bu uğuru təkrarlamaq istəyirik. Bunun üçün şansımız var".

Qeyd edək ki, “Qəbələ” hazırda 53 xalla 5-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner