Mirça Luçesku "Zenit"də?

Mirça Luçesku "Zenit"də?
XƏBƏR 12 May 2016 / 15:00 5814
-  A +

"Şaxtyor"la yolları ayırmağa hazırlaşan Mirça Luçesku karyerasını Rusiyada davam etdirə bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə rumıniyalı mütəxəssisin yaxın dostu FİFA meneceri Doğan Ercan "Radyaspor"a açıqlama verib. 

"Luçesku ilə görüşümdə Türkiyədən heç bir klubla razılaşmadığını öyrəndim. "Zenit" isə yaxşı təklif irəli sürüb və ilkin razılıq əldə ediblər" - deyə D.Ercan bildirib.

Qeyd edək ki, Luçeskunun adı "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor"la hallanırdı. 

Daha çox


Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner