Portuqaliyalı mütəxəssis Joze Mourinyo daha bir yığmadan təklif alıb.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu dəfəki təklif İndoneziya millisindən gəlib.
İndoneziyanın gənclər və idman naziri İmam Nahravi Mourinyonu yığma komandanın baş məşqçi vəzifəsinə gətirməyi planlaşdırdıqlarını bildirib. O, 53 yaşlı mütəxəssisə ilinə 13 milyon funt-sterlinq verməyə hazır olduqlarını bildirib: "Yığmanın futbolçularını motivə etmək istəyirik. Bu mənada düşünürük ki, Mourinyonun komandaya gəlişi futbolçulara və azarkeşlərə həyəcan verəcək".
Qeyd edək ki, karyerası ərzində "Portu", "Real", "İnter" və "Çelsi" ilə bir sıra kuboklar qazanan Mourinyo daha öncə Suriya millisindən təklif alsa da, bundan imtina edib.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər