Mayın 7-8-də Sumqayıt Olimpiya İdman Komleksində ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" idman klubunun taekvondo üzrə açıq birinciliyi keçirilib.
Qol.az-ın məlumatına görə, yarışda paytaxt və bölgələri təmsil edən 48 komandadan 545 idmançı 4 yaş qrupu üzrə qüvvəsini sınayıb.
Birincilikdə oğlanlar və qızlar arasında 2002-2004-cü illər təvvəllüdlü yeniyetmələr, eləcə də 2005-2006-cı illər təvəllüdlü uşaqlar qüvvəsini sınayıb.
Mayın 7-də birinciliyin açılış mərasimi keçirilib. Mərasimdən əvvəl Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi, Azərbaycan Taevondo Federasiyası və Sumqayıt Olimpiya İdman Kompleksinin rəsmi nümayəndə heyəti və bir qrup tanınmış idmançı ümummilli lider Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə əklil qoyuldu, tər güllər düzülüb.
Birinciliyin açılış mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb. O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Sumqayıtda silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri olduğunu deyən M. Bəşirov uğurlu idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb. Bəşir müəllim Azərbaycan idmanında qazanılan nailiyyətlərdə Sumqayıt idmançılarının da payı olduğunu diqqətə çatdırıb:
"Müstəqillik dövründən indiyədək keçirilən Olimpiya və Paralimpiya oyunları, eləcə də yeniyetmələrin Olimpiya oyunlarında Sumqayıt şəhərinin 17 təmsilçisi 2 qızıl, 4 gümüş, 3 bürünc medal əldə edib".
ATF prezidenti Niyaməddin Paşayev idmançılarımızın mötəbər yarışlardan vətənə uğurlu nəticələrlə döndüklərini bildirib. O, Sumqayıt sakinlərinin idmana, o cümlədən taekvondoya böyük maraq göstərdiklərini diqqətə çatdırıb. Vitse-prezident yarışa 500-dən çox idmançının qatılmasını bu sahədə kütləviliyin əldə olunması ilə əlaqələndirib
.
DGK İSM-ın baş direktoru Xəzər İsayev yarış iştirakçılarını salamlayıb və onlara gərgin mübarizədə uğurlar arzulayıb. MOK-un vitse-prezidenti əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Xəzər İsayev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, idmanın inkişafında da misilsiz xidmətləri var. Ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdirildiyini deyən DGK İSM-ın sədri respublikamızın müxtəlif bölgələrində müasir standartlara cavab verən Olimpiya idman komplekslərinin idmançıların istifadəsinə verildiyini bildirib. Vitse-prezident təmsilçilərimizin müxtəlif mötəbər yarışlardan vətənə medallarla döndüklərini, Azərbaycanı dünyada layiqincə tanıtdıqlarını dilə gətirib.
Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Xəzər müəllim böyük idmana gedən yolun məhz belə yarışlardan başladığını dilə gətirib. Sumqayıtda idmana böyük maraq olduğunu deyən Xəzər İsayev əldə olunan nailiyyətlərlə bağlı qeyd olunan statistik göstəricilərin bunu bir daha təsdiqlədiyini xatırladıb.
DGK İSM tərəfindən silsilə tədbirlərin təşkil edildiyini bildirən sədr mərkəzin ölkəmizin idman həyatında fəal iştirak etdiyini, Avropa və dünya çempionatları, eləcə də Olimpiya oyunlarında mükafat əldə edən bir sıra tanınmış idmançıların məhz DGK İSM-ın yetirmələri olduqlarını xatırladıb.
2015-ci ildə ölkəmizin I Avropa Oyunları kimi mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi etdiyini deyən Xəzər İsayev bu il paytaxtımızda Formula 1 Avropa Qran-pri yarışlarının, gələn il isə IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkil olunacağına inandığını deyib. İdmançılarımızın Rio-2016-ya səylə hazırlaşdığını deyən Xəzər müəllim növbəti Olimpiya oyunlarında Azərbaycan idmançılarının daha da uğurlu nailiyyətlər qazanacaqlarına inandığını bildirib.
Sonra yarışlar açıq elan olunub.
Azərbaycan Dövlət himni səsləndirilib. Ardınca yarışlara start verilib.
İki gün ərzində gərgin keçən yarışların yekununa əsasən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" İdman Klubunun taekvondoçuları 6 qızıl, 3 gümüş, 5 bürünc medalla birinci pillədə qərarlaşıb.
İkinci və üçüncü yerləri isə müvafiq olaraq Sumqayıt Təhsil İdman Mərkəzi (5 qızıl, 3 gümüş, 6 bürünc medal) və "Fateh" idman klubunun (3 qızıl, 2 gümüş, 3 bürünc medal) təmsilçiləri tutdular. Yarışda Tahir Həbibliyə (Lənkəran TİM) «ən əzmkar idmançı», İsmayıl İsmaylova (Təhsil RİM) «ən texnikalı idmançı», Röyal Ağayevə («Gömrükçü» İK) «ən gənc idmançı» nominasiyasında diplomlar təqdim olunub.
Aygül Abdullayeva isə yarışın ən yaxşı hakimi adına layiq görülüb.
Yuxarı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk