İtaliya A Seriya təmsilçisi "Atalanta" mövsümün sonunda baş məşqçi dəyişikliyi etməyi planlaşdırır.
Qol.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, rəhbərlik hazırki baş məşqçi Eduardo Reyyu ilə yolları ayırmaq niyyətindədir.
Artıq yeni baş məşqçinin kimliyi də müəyyənləşib. İtaliya millisinin sabiq çalışdırıcısı Çezare Prandelli yeni mövsümdən "Atalanta"nın baş məşqçi vəzifəsinə gətiriləcək. Klubun prezidenti Antonio Perkassi ilə dost münasibətində olan Prandellinin artıq təklifi müsbət cavablandırdığı bildirilib.
Qeyd edək ki, Prandellinin son iş yeri Türkiyənin "Qalatasaray" klubu olub. O, 2014-cü ilin noyabrında İstanbul təmsilçisindən qovulub.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər