Bu gün SOCAR-ın baş ofisində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında uğur qazanan cüdoçular və onların məşqçiləri ilə görüşüb.
Qol.az-ın SOCAR-ın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxışında idmançıları 46 ölkə arasında bürünc medal qazanmaları münasibətilə təbrik edib, bu nəticəni ölkə idmanında yeni səhifə kimi dəyərləndirib. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucovun qızıl, 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovun gümüş medal qazanmasının bu idman növünə gənclərdə xüsusi maraq yaratdığını deyən federasiya prezidenti 6-9 may tarixlərində Bakıda keçiriləcək Qran-pri yarışlarında idmançılardan daha böyük nailiyyətlər gözlədiyini deyib. Rio-de Jeneyroda keçiriləcək olimpiadaya 6 lisenziyanın qazanılması növbəti yarışlarda 7-ci lisenziyanın qazanılacağına böyük ümidlər yaradır. R.Abdullayev çıxışının sonunda tarixdə ilk dəfə Avropa çempionatının bürünc medalını qazanmaları münasibəti ilə cüdoçuları və məşqçi heyətini bir daha təbrik edib.
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher və federasiyanın vitse-prezidenti Sadıq Sadıqov komanda üzvləri adından idmançılara yaradılan şəraitə görə təşəkkür edib, Bakı Qran-prisində daha yüksək nəticələrlə idmansevərləri sevindirmək əzmində olduqlarını vurğulayıblar.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmana və idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Yuxarı
“Sabah” "Orhus"a qarşı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu
AFFA rəsmisi Tbilisidə stadionu qiymətləndirdi
"Barselona"da itki
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah"dan ayrılan futbolçu "Araz-Naxçıvan"da
“Barselona” Torres üçün 65 milyon avro istəyir
"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"
"Liverpul"la razılaşdı
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da
Misli Premyer Liqasında 1-ci tur - Nə vaxt və harada?
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
Tanınmış futbolçu "Boka Xuniors"da