"Tottenhem" baş məşqçisi Maurisio Poçettino ilə müqavilənin müddətini uzadacaq.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında razılıq əldə olunub.
44 yaşlı mütəxəssisin komandası cari mövsüm Premyer Liqada çempionluq uğrunda mübarizə aparır. Onun işindən razı qalan rəhbərlik yaxın günlərdə Poçettino ilə 2021-ci ilə qədər müqavilə imzalayacaq.
Bununla bağlı danışan argentinalı mütəxəssis deyib: "Sevdiyim klub və sevdiyim insanlar olduqda qərar vermək asandır. Ona görə niyə də komandadan ayrılmaq istəyim ki?".
Qeyd edək ki, 2014-cü ildən "Tottenhem"i çalışdıran Poçettino Premyer Liqada 3 dəfə ayın ən yaxşısı seçilib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu