Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov və yığmamızın sabiq baş məşqçisi Tino Perezin iştirakı ilə görüş keçirilib.
Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məluata görə, görüşdə yığmamızın son oyunlarda əldə etdiyi uğurlardan danışılıb.
E.Məmmədov AFFA rəhbərliyi adından Tino Perezə gördüyü işlərə və milli komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Baş katib ispaniyalı mütəxəssisi bu il sentyabrın 10-dan oktyabrın 2-dək Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinə qonaq qismində dəvət edib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu