“Rəvan” turnir cədvəlində sonuncu pillədə olsa da, ötən tur Avroliqaya iddialı AZAL-ı məğlub edə bildi. Güclü rəqibdir, oradakı uşaqlar futbol oynamağı bacarırlar”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov deyib.
Gənc yarımmüdafiəçi kapazpfc.az saytına komandasının Topaz Premyer Liqasının XXXII turunda “Rəvan”la keçiriləcək oyun öncəsi belə danışıb: “Bu komandadan ehtiyatlanmağa dəyər. İkinci dövrədə Gəncədə keçirilən ev oyununa rahat çıxmışdıq deyə onlar səfərdən bir xal aparmağa müvəffəq oldular. İndi belə olmamalıdı, rəqibi ciddiyə almışıq. Bizə qələbə lazımdır”.
Cavadov qarşıdakı matça hazırlıqla da bağlı fikirlərini bölüşüb: “Oyuna yaxşı hazırlaşmışıq. Sonuncu matçda qələbə qazandığımızdan əhval-ruhiyyəmiz də yerindədir. Uşaqlarla deyib-gülürük, hər şey qaydasındadır”.
“Rəvan”a qarşı görüşdə Kərim Diniyev cəzalı olduğundan “Kəpəz”ə kömək edə bilməyəcək. Diniyevin yoxluğu dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Cavadovun meydana çıxmaq şansını artırır: “Baş məşqçimiz sağ olsun, oynamaq üçün mənə mütamadi imkan yaradır. Düzünü desəm, şans gözləyirəm. Meydanda mübarizə aparmağa da hazıram”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu