Nə yazacağımı bilmirəm. Şokdan ayılmamışam. Ölkənin ən öndə gedən futbol hakimi Əliyar Ağayevin belə biarbıçı səhvə yol verməsini anlamaq, həzm etmək çox çətindi. Axı hər şey onun gözünü qarşısında baş verdi. 100 faizlik penaltini təyin etmək əvəzinə, "Qəbələ"nin futbolçusu Aleksey Qayı simulyasiya etdiyini düşünərək sarı vərəqə ilə cəzalandırdı. Valllah, bu, rəzalətdən başqa bir şey deyil.
Utandım, Əliyar, utandım. Vallah, sənin yerinə utandım. Avroliqanın qrupuna təyinat alanda sənin yerinə necə sevinmişdimsə, bax "Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində verdiyin qərara görə bir o qədər də xəcalət çəkdim. Əşi, "Xəcalətli Xaqani Məmmədov olsun" deməyin nə faydası var axı? Adam çıxıb "Hə, Əliyar oyunun nəticəsinə təsir edən səhv qərar verdi. İnsandı da, hamı səhv edə bilər, robot deyil ki" deyib, məsələdən birtəhər yayınmağa çalışacaq. Heç bəlkə də bir müddət telefonlara cavab verməyəcək. "Heç-heçəyə 15 dənə verirlər" söhbətinə "montajdı" deyən adamdan başqa nə gözləyirsiz axı?

Allaha and olsun, bir gün hakimlərə görə Azərbaycan futbolunda cinayət işlənəcək. Salacaqlar hakimi təpiyin altına. Fitini ağzından salıb, qulağından çıxaracaqlar. Baxmayacaqlar Xaqani Məmmədovun ağaran saçına, yaşına, başına... A kişi, camaatın əziyyətini niyə yerə vurub, mövsüm ərzində çəkdiyi xərci heçə sayırsız? Bu, hara kimi davam edəcək, hara kimi?
Lap tutaq ki, verdiyi səhv qərara görə, Əliyara 5 oyunluq cəza kəsildi. Tutaq ki, Ağayev bir müddət Premyer Liqa üzünə həsrət qaldı, divizon oyunlarına göndərildi. Bununla "Qəbələ"nin yarası sağalırmı? Xeyr, qardaş, xeyr! Bu rəzalətə son verməyin vaxtıdı! Söhbət təkcə ötən gün "Bakcell Arena"da keçirilən kubokun yarımfinal matçından getmir ki...
Görəsən, "İnter" - "Qarabağ" matçında hakimə oxşayan Elvin Əsgərov səhv penalti təyin edəndə, ağdamlılar da topu bilərkdən çölə vuranda, heç Xaqani Məmmədov xəcalət çəkmişdi? Vallah, inanmıram! Onsuz da Xaqani Məmmədov qeyri-səmimi biridi. Bütpərəstlərə inanaram, amma ona inanmaram. Çıxış yolu Əliyarın media vasitəsi ilə "Qəbələ"dən üzr istəməsidi. Bunun başqa çıxış yolu yoxdur. Hə, Xaqani bəy hakimlərə oyunu şərh etməyi qadağan edib? Xeyr! Artıq buynuz qulağı keçib, Xaqani müəllim! Bu dəfə siz deyən olmayacaq!

Əgər "Kasımpaşa” – "Rizəspor” oyununda verdiyi səhv penaltiyə görə Dəniz Çoban birincilərdən üzr istəmişdisə, Əliyar da istəməlidi. Əgər "Bavariya”- "Verder” qarşılaşmasında bremenlilərin qapısına penalti təyin edən hakim Tobias Ştiler qonaqlardan üzr istəmişdisə, Əliyar da istəməlidi. Əgər İngiltərə Premyer Liqasında oynanılan "Çelsi"- "Arsenal" matçını idarə edən hakim Marriner Çemberleni yox, onun komanda yoldaşı Gibbzə qırmızı vərəqə göstərib, meydandan qovub, sonradan qərarının səhv olduğunu etiraf edib, üzr istəmişdisə, Əliyar da istəməlidi. Qrem Poll 2001-ci ildə DÇ-2002-nin seçmə oyunları çərçivəsində keçirilən Sloveniya - Rusiya (2:1) matçının sonlarında səhvən rusların qapısına 11 metrlik cərimə zərbəsi təyin etdiyinə görə üzr istəmişdisə, Əliyar da istəməlidi.
Siz üzr istəməyin, Məmmədov. Sizin səmimiyyətinizə inanmıram, inanmırıq! Sizin yerinizə olsam, bu utanc gecədən, utanc qərardan sonra istefa verərdim. İtirilən hörməti qazanmaq üçün... İstefa özü də bir mədəniyyətdi...
EMİN SƏFƏROV,
sport7.az
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı