Rusiyanın Kazan şəhərində cüdo üzrə komandalar arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün uğurlu alınıb.
Qol.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız 1/8 final mərhələsində Latviya millisi ilə üz-üzə gəlib.
Rəqibinə 4:1 hesablı qalib gələn yığmamız 1/4 finala yüksəlib. Burada Polşaya 2:3 hesabı ilə uduzan komandamız təsəlliverici görüşlərə qatılıb. İlk qarşılaşmasında Yunanıstan millisinə 3:2 qalib gələn yığmamız bürünc medal uğrunda Fransa ilə üz-üzə gəlib. Bu görüşdən də 3:2 qalib ayrılan Azərbaycan millisi çempionatın bürünc medallarına yiyələnib.
Qeyd edək ki, yarışdan sonra yığmamızın üzvlərinə Avropa çempionatının bürünc medalları təqdim olunub. Cüdoçularımız fəxri kürsüdə bütün komanda şəklində əsgər salamı verməsi ilə diqqət çəkib.
Yuxarı
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi